Meksika prezidenti Tillersonla görüşdü

Meksika prezidenti Tillersonla görüşdü
03:29 24 Fevral 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında ABŞ dövlət katibi Reks Tillersonu və milli təhlükəsizlik naziri Con Kellini qəbul.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdən əvvəl Tillerson və Kelli Meksika XİN rəhbəri Luis Videqarayla bir neçə saatlıq danışıqlar aparıblar. Meksika prezidenti ABŞ-ın yüksək vəzifəli məmurları ilə görüşdə miqrasiya və təhlükəsizlik məsələlərini müzakirə edib.     

 

Bundan əvvəl Meksika XİN rəhbəri Luis Videqaray Meksika və ABŞ-ın yaxın aylarda Mərkəzi Amerika ölkələrinin iştirakı ilə miqrasiya problemlərinə dair görüş keçirəcəyini bildirib.

 

Kelli, öz növbəsində, deportasiyaların kütləvi xarakter daşımayacağını və bu prosesə ordunun cəlb edilməyəcəyini vəd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR