“Şəmkir” yeni baş məşqçisini açıqladı

“Şəmkir” yeni baş məşqçisini açıqladı
03:44 24 Fevral 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

“Şəmkir”in yeni baş məşqçisi rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, birinci divizion təmsilçisini bundan sonra Badri Kvarasxeliya çalışdıracaq.

 

Bu barədə klubun feysbuk səhifəsi xəbər paylaşıb. Ancaq müqavilənin şərtləri və müddəti haqqında məlumat açıqlanmayıb.

 

Badri 1997/1998-ci illərdə “Kəpəz”in, 1998/2005-ci illərdə isə “Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı “Standard”ını, 2012/2013-cü illərdə isə “Qəbələ”ni çalışdırıb.

 

Qeyd edək ki, 16 turdan sonra birinci divizionda 3-cü pillədə qərarlaşmış komanda ötən tur Qəhrəman Əliyevi istefaya yollamışdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR