Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışıblar

Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışıblar
04:22 24 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "Biz Avropa Kuboku uğrunda yarışa 4-ü qız, 12-i oğlan olmaqla 16 idmançı ilə qatılmışdıq. Yarış Azərbaycan komandası üçün uğurlu keçdi".
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bunu baş məşqçi Ramiz Ramizzadə deyib.
O, bildirib ki, yeniyetmə cüdoçularımız qarşıdan gələn yarışlarda bundan da böyük uğurlar əldə edəcəklər. Baş məşqçi federasiya rəhbərliyi tərəfindən hərtərəfli təmin edildiklərini vurğulayıb.
Qeyd edək ki, yeniyetmə cüdoçularımız da Avropa kubokundakı qələbələrindən bəhs ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/komanda/yeniyetme-cudocularimiz-avropa-kubokundaki-parlaq-qelebelerinden-danisiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR