Səhiyyə naziri xərcəngdən öldü

Səhiyyə naziri xərcəngdən öldü
05:04 24 Fevral 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer uzun sürən xərcəng xəstəliyindən vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən həftə səhhəti qəfil pisləşən 53 yaşlı sosial-demokrat xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.  

 

2014-cü ildən səhiyyə naziri vəzifəsinə təyin olunmuş  Sabina Oberhauzer xəstəliyi barədə 2015-ci ilin əvvəlində məlumat vermişdi.

 

Xəstəlik şiddətləndikdən sonra bu vəzifəni müvəqqəti olaraq sosial məsələlər naziri Aloisu Ştoqeru icra etməyə başlayıb.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR