"Özümü itirdim, Raul məni sakitləşdirməyə çalışırdı"

"Özümü itirdim, Raul məni sakitləşdirməyə çalışırdı"
07:12 24 Fevral 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

"Betis"in yarımmüdafiəçisi Xoakin Sançez "Real Madrid"in bir neçə dəfə onu transfer etməyə çalışdığını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli havbek televiziya kanallarından birində bu barədə danışıb.

"Real Madrid" həmişə mənə böyük maraq göstərib. Bir dəfə Barselona şəhərində millinin düşərgəsində olduğum vaxt Raul mənə zəng etdi. Məni vanna otağına çağırdı. İçəri girəndə Florentino Perezin orda olduğunu gördüm. Özümü itirdim, Raul məni sakitləşdirməyə çalışırdı. Sona Perez Raula dedi ki, mənə "Real"ın forması çox yaraşardı. Raul cavab verdi ki, elə indi klubun formasını geyinməyim lazımdır. Perez mənə narahat olmamağı söylədi. Çıxış etdiyim klubun prezidenti ilə görüşdüyünü bildirdi. Bu, "Real"ın mənə maraq göstərdiyi bir epizod idi. Bu və ya digər səbəbdən Madrid klubuna keçidim alınmadı. Özüm də "Real"da oynamağa can atmadım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR