Pentaqon: İran davranışını dəyişmədi

Pentaqon: İran davranışını dəyişmədi
07:19 24 Fevral 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

İran, Vaşinqtonun “rəsmi xəbərdarlığına” məhəl qoymayaraq, regiondakı davranışını dəyişməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah  rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danford Brukinqs İnstitutunda çıxışı zamanı bildirib.    

 

“Mən İranın hərəkətlərində heç-bir dəyişiklik görmədim. Mənim fikrimcə İran, ilk növbədə, bütün regionda zərərli təsirin yayıcısıdır”, - deyə general bildirib.   

 

“Biz onların Suriyada, Livanda, İraqda və digər ölkələrdəki mənfi təsirini görürük. Son bir ayda mən heç bir dəyişiklik müşahidə etməmişəm”, - deyə o əlavə edib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR