Şəkidə zəncirvari qəza olub.
Publika.az xəbər verir ki,
Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də Şəkinin
Oraban kəndi yaxınlığında ağır avtomobil qəzası baş verib.
Qəza zamanı Sumqayıt şəhər sakini Ağayev Şahin Məhərrəm oğlunun
idarə etdiyi Ford tranzit yük avtomobili ilə Şəki rayon sakini
sakini idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə
toqquşub.
Qəza anında hərəkətdə olan daha bir minik avtomobilinə qismən ziyan
dəyib. Qəzadan sonra "VAZ 21011" avtomobilinin hissələri ətrafa
dağılıb. Avtomobil iki hisssəyə parçalanıb. Yük avtomobili isə
aşaraq avtomobillərin intensiv hərkət etdiyi yolu bir müddət
bağlıyıb.
Qəzada müxtəlif bədən xəsarətləri alan 3 nəfər Oğuz rayon Mərkəzi
xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağır olaraq
qalır.
Hadisənin dəqiq səbəbləri araşdırılır. (ARB Şəki)