Avstriyanın səhiyyə naziri xərcəngdən vəfat edib

Avstriyanın səhiyyə naziri xərcəngdən vəfat edib
08:37 24 Fevral 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer uzun sürən xərcəng xəstəliyindən vəfat edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ötən həftə səhhəti qəfil pisləşən 53 yaşlı sosial-demokrat xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

2014-cü ildən səhiyyə naziri vəzifəsinə təyin olunmuş  Sabina Oberhauzer xəstəliyi barədə 2015-ci ilin əvvəlində məlumat vermişdi.
 
Xəstəlik şiddətləndikdən sonra bu vəzifəni müvəqqəti olaraq sosial məsələlər naziri Aloisu Ştoqeru icra etməyə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR