ABŞ-da baş vermiş atışmalarda 6 nəfər yaralanıb

ABŞ-da baş vermiş atışmalarda 6 nəfər yaralanıb
08:47 24 Fevral 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da baş vermiş atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.
Məlumatda bildirilir ki, hadisə Vaşinqtonun şimal-şərqində qeydə alınıb. "Fox-5" yerli telekanalı bir şübhəli şəxsin güllələnməsi haqda xəbər yayıb.
Telekanal həmçinin ölkənin cənub-şərqində də daha 3 atışmanın baş verdiyini bildirib. Məlumata görə, həmin atışmalar nəticəsində azı 4 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-bas-vermis-atismalarda-6-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR