İbrahimoviç: "PSJ uduzanda da mən yada düşürəm"

İbrahimoviç: "PSJ uduzanda da mən yada düşürəm"
09:12 24 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ - "Barselona" cütündə hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransa mətbuatına danışan isveçli hücumçu PSJ-nin tərəfində olduğunu deyib.

"İlk oyunu izlədim, yaxşı qarşılaşma oldu. Əlbəttə, PSJ-nin qazanmasını istəyirəm. Bu komanda nə vaxt qalib gəlsə, Parisdə məndən bəhs edirlər. PSJ uduzanda da mən yada düşürəm. Bu, heç vaxt dəyişməyəcək".
 
Qeyd edək ki, İbra hər iki klubun formasını geyinib. PSJ "Barselona"ya qarşı Parisdə baş tutmuş ilk oyunda 4:0 hesabıyla qalib gələrək, cavab oyunu öncəsi böyük üstünlük əldə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR