Badri Kvaratsxeliya yenidən Azərbaycan çempionatında

Badri Kvaratsxeliya yenidən Azərbaycan çempionatında
09:57 24 Fevral 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Şəmkir”in yeni baş məşqçisi rəsmən açıqlanıb. Fanat.Az xəbər verir ki, birinci divizion təmsilçisini bundan sonra Badri Kvaratsxeliya çalışdıracaq.

 

Bu barədə klubun feysbuk səhifəsi xəbər paylaşıb. Ancaq müqavilənin şərtləri və müddəti haqqında məlumat açıqlanmayıb.

 

Badri 1997/1998-ci illərdə "Kəpəz”in, 1998/2005-ci illərdə isə "Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı "Standard”ını, 2012/2013-cü illərdə isə "Qəbələ”ni çalışdırıb. 

 

Xatırladaq  ki, 16 turdan sonra birinci divizionda 3-cü pillədə qərarlaşmış komanda ötən tur Qəhrəman Əliyevi istefaya yollamışdı.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-badri-kvaratsxeliya-yenidn-azrbaycan-cempionatnda-t56496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR