Bakı məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib

Bakı məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib
10:17 24 Fevral 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərsləri tədris edən müəllimlər 25 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366 - cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.
Fikir mübadiləsi zamanı şagirdlər təcavüzkar ermənilərin tarix boyu apardıqları mənfur siyasətlərdən bəhs edib, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivləri "Ana fəryadı" abidə kompleksini ziyarət edirlər.









Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-mekteblerinde-ilk-dersler-xocali-soyqirimina-hesr-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR