Erməni deputatlar arasında "razborka" - Samvel başından vuruldu

Erməni deputatlar arasında "razborka" - Samvel başından vuruldu
10:27 24 Fevral 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni deputatlar arasında qarşıdurma yaşanıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Respublikaçılar partiyasının qərargahında deputatlar arasında dava olub. Məlumata əsasən Araratdan olan deputat Arayik Qriqoryan (Avşar Arayik) Masis şəhərində seçki qərargahı açıb. Onun seçki qərargahı digər respublikaçı namizəd Murad Muradyanın qərargahının qarşısında yerləşir. Bu isə Murad Muradyanın xoşuna gəlməyib. 

Razılaşmaya görə, Masis şəhəri Muradyanın nəzarəti altında olmalı idi. Arayik razılaşmanı pozduğundan Muradyan onu cəzalandırmaq qərarına gəlib. 

O, Arayikin qərargahına öz adamlarını göndərib. Muradyanın adamları bir neçə maşınla qərargaha daxil olublar və bundan sonra dava başlayıb. Seçki qərargahının məsul şəxsi Samveli döyüb başından yaralayıb. 

Arayik Qriqoryan isə Muradyanın qərargahına daxil olaraq onun bu hərəkətinin cəzasız qalmayacağını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR