Elcanın ölüm xəbəri təsdiqlənmədi - BAŞ HƏKİMDƏN AÇIQLAMA

Elcanın ölüm xəbəri təsdiqlənmədi - BAŞ HƏKİMDƏN AÇIQLAMA
10:34 24 Fevral 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Lerik rayonunun Orand kəndində baş vermiş qar uçqunu nəticəsində xəsarət alan 1 yaşlı Elcan Mustafayevin vəziyyəti normaldır. Bu barədə Lent.az-a Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev məlumat verib. O bildirib ki, körpənin səhhətində ciddi problem müşahidə edilmir: "Elə indicə Elcanın yanından qalxıram, vəziyyəti normaldır. Yaxınları evə aparmaq istəsə də, hələlik buraxmadıq. Daxili orqanlarında, sümük sistemində patologiya yoxdur. Yalnız gicgah nahiyəsində hematoma var, o da sovrulmaqdadır. Yaxın günlərdə evə buraxılacaq".

 

Qeyd edək ki, məlum hadisə zamanı bir ailədən ikisi körpə olmaqla 4 nəfər vəfat edib. Bu gün isə telekanallardan biri xəstəxanaya yerləşdirilmiş Elcanın vəfat etməsi barədə xəbər yayıb. Baş həkim həmin xəbərin həqiqətə uyğun olmadığını bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR