Azərbaycan İKT sahəsində dənizə çıxışı olmayan 32 ölkə arasında birinci yerdədir

Azərbaycan İKT sahəsində dənizə çıxışı olmayan 32 ölkə arasında birinci yerdədir
10:35 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Fevralın 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzində (MHM) Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Analitik Mərkəzin nümayəndələri ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd Azərbaycanın İKT sahəsində qabaqcıl ölkə olaraq əldə etdiyi nailiyyətlər əsasında hazırlanan elmi tədqiqat xarakterli hesabatı Mərkəzə üzv olan digər ölkələr arasında paylaşmaqdır. Görüş zamanı elektron hökumət, elektron imza, elektron təhlükəsizlik və ümumiyyətlə, elektron quruculuq mövzusunda geniş müzakirələr aparılıb. Qonaqlara son illərdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin prioritet sahə elan etdiyi informasiya və kommunikasiya texnologiyaları sahəsində uğurlu nəticələr əldə olunub. Qeyd edilib ki, BMT-nin araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə arasında İKT sahəsində 1-ci yerdə qərarlaşıb.

Beynəlxalq Analitik Mərkəzinin Monqolustandan olan nümayəndəsi Sansar Sosarbaram qeyd edib ki, aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Azərbaycanda İKT sahəsində davamlı olaraq uğurlu layihələr həyata keçirilir.

Mərkəzin Sinqapurdan olan nümayəndəsi Barney Tan belə hesabat xarakterli görüşlərin əhəmiyyətini vurğulayıb.

Sonda gələcək planlar haqqında qonaqları maraqlandıran bir çox suallar MHM-in mütəxəssisləri tərəfindən çavablandırılıb.










Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46273-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR