"Problemli kreditlərin həcmi azalmaqdadır"

"Problemli kreditlərin həcmi azalmaqdadır"
10:52 24 Fevral 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"2016-cı ilin yekunlarına nəzər saldıqda görürük ki, bank sektorunda problemlər artıq stabilləşib".

Mili.Az APA-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, banklarda qeyri-işlək aktivlərin artımı ötən ilin ortalarından sabitləşib və ilin sonuna doğru azalma müşahidə edilir: "Ölkədə intensiv dollarlaşma səviyyəsi də səngiyib və bu gün biz sistemdə kapitalsız bankları görmürük. Bu artıq maliyyə sektorunun keyfiyyətcə yeni bir funksiyada aktiv maliyyə vasitəçisi kimi çalışması istiqamətində ikinci faza tədbirləri realizasiya etməsinə imkan yaradır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR