Bakalavriat səviyyəsində yeni ixtisaslar yaradıldı – QƏRAR

Bakalavriat səviyyəsində yeni ixtisaslar yaradıldı – QƏRAR
10:59 24 Fevral 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

 

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

 

Lent.az-ın məlumatına görə, həmin qərara edilən dəyişikliyə əsasən, bakalavriat səviyyəsində yeni ixtisaslar yaradılıb.

 

Belə ki, "Təhsil ixtisasları qrupu” bölməsinə  "Rəqs müəllimliyi”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “Məşqçi (idman növü üzrə)”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman menecmenti və kommunikasiya” ixtisasları əlavə edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR