Fransa da Avropa Birliyindən çıxa bilər – prezidentliyə namizəd PLANINI AÇIQLADI

Fransa da Avropa Birliyindən çıxa bilər – prezidentliyə namizəd PLANINI AÇIQLADI
11:03 24 Fevral 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Daha bir Avropa Birliyi ölkəsi bu təşkilatdan çıxa bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın qatı sağçı “Milli Cəbhə” partiyasının lideri, prezidentliyə namizəd Marine Le Pen ölkəsini Avropa Birliyindən çıxmağa çağırıb.

Marine Le Pen bildirib ki, prezident seçildiyi təqdirdə, Fransanı Avropa Birliyinə üzvlüyündən çıxarmağa çalışacaq:

“Artıq Fransa üçün Avropa Birliyi məsələsini bitirməyin zamanı çatıb. Çünki Avropa Birliyi xalqları parçalayır. Artıq bu bürokratiya canavarını rədd etmək lazımdır. Baxın, Avropa Birliyi Fransanı necə kiçiltdi, dünyadan məhrum etdi. Mən indi Fransanın kiçilmiş, asılı hala düşmüş və dünyadan qopmuş vəziyyəti ilə barışa bilmirəm”.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprel, ikinci turu isə may ayında keçiriləcək. Marine Le Penin seçkilərin ilk turunda ən çox səs qazanacağı gözlənilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR