Ermənilərə cəbhəboyu belə cavab verilir - VİDEO

Ermənilərə cəbhəboyu belə cavab verilir - VİDEO
11:05 24 Fevral 2017
343 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.

Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib.

İşğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/520769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR