AFFA-nın baş katibi Serbiya Futbol Federasiyasının prezidenti ilə görüşüb

AFFA-nın baş katibi Serbiya Futbol Federasiyasının prezidenti ilə görüşüb
11:07 24 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb. "Report"un Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş Avropada səfərdə olan azərbaycanlı futbol funksionerinin istəyi ilə baş tutub.
UEFA-ın İcraiyyə Komitəsinə üzvlüyə namizəd olan və bu məqsədlə təbliğat kompaniyasına başlayan E.Məmmədov S.Kokeza ilə Serbia Futbol Federasiyasının mənzil qərargahında bir araya gəlib. Görüş zamanı tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Yaxın gələcəkdə Azərbaycan və Serbiyanın aşağı yaş qrupları üzrə milli komandaları arasında yoldaşlıq matçları təşkil edilməsinə dair razılıq əldə olunub. E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsi üzvlüyünə seçkilər zamanı namizədliyini S.Kokezanın da dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək. E.Məmmədov İcraiyyə Komitəsinə 13 namizəddən biridir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-bas-katibi-serbia-futbol-federasiyasinin-prezidenti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR