Avtomobildə 10 mindən artıq aksiz markasız siqaret aşkarlandı

Avtomobildə 10 mindən artıq aksiz markasız siqaret aşkarlandı
11:23 24 Fevral 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi "VAZ-21074" markalı, "90 CM 062" dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb.

Avtomobilə baxış zamanı yük yerində Azərbaycanın aksiz markası ilə markalanmayan cəmi 10 600 ədəd - "M1", "Manchester", "Royal", "Bıstoon" və "De Santıs" adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR