Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO

Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO
11:23 24 Fevral 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayon Orand kəndində ötən gün baş vermiş qar uçqunu nəticəsində sağ qalmış Elcan Mustafayevin səhhəti normaldır.

Bu barədə Publika.az-a Lerik Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, ötən gün uşaq şöbəsinə yerləşdirilən Elcan mütəmadi həkim nəzarətindədir: “Ötən gün gətirilərkən bütün müayinələri aparılıb, daim həkim nəzarətində saxlanılıb. Uşağın səhhətində heç bir problem aşkarlanmayıb, vəziyyəti normaldır. Yəqin ki, 2 gün ərzində evə buraxılacaq”.

Qeyd edək ki, ötən gün Orand kəndində baş vermiş qar yığının evin üstünə düşməsi nəticəsində 4 nəfər- Mustafayeva Şövkət (1961-ci il), Mustafayeva İlahə (1995-ci il), Mustafayev Zəhra Qasım qızı (2015-ci il), Mustafayev Uğur Qasım oğlu (2016-cı il) dünyasını dəyişib. Onlarla bir otaqda olsa da, E.Mustafayev sağ qalıb.

Lerikdə DƏHŞƏTLİ QAR UÇQUNU: bir ailənin 4 üzvü öldü, sağ qalanların SON DURUMU - FOTO (YENİLƏNDİ)

Qar uçqunu bir ailənin 4 üzvünü öldürdü

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR