Bakıda akademiya məzununun meyidi tapıldı

Bakıda akademiya məzununun meyidi tapıldı
11:57 24 Fevral 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Tural Kəmaləddin oğlu mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə vaxtı 25 yaşlı Tural evdə tək olub. Axşam saatlarında işdən qayıdan atası onun hamamda vəfat etdiyini görüb və bu barədə polisə məlumat verib.

Bildirilir ki, T.Məmmədov Gəmiçilik Akademiyasının məzunu olub və işə girməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR