Güclü külək Kürdəmirdə fəsadlar törədib. Lent.az xəbər verir ki, rayonda bir sıra evlərin dam örtüyünə ziyan dəyib. Rayon mərkəzində küləyin təsirindən iri gövdəli ağaclar aşıb.
Bildirilir ki, hazırda da ölkə ərazisində, eləcə də Kürdəmirdə güclü külək davam edir.
Qeyd edək ki, sinoptiklər fevralın 27-dək küləkli hava şəraiti proqnozlaşdırırlar.