Bağdadda silsilə partlayışlar törədilib, 11 nəfər ölüb, 22 nəfər yaralanıb

Bağdadda silsilə partlayışlar törədilib, 11 nəfər ölüb, 22 nəfər yaralanıb
12:02 24 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrində törədilən silsilə partlayışlar və baş verən atışma nəticəsində 11 nəfər ölüb, 22 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında Bağdadın Təhlükəsizlik İdarəsinin əməkdaşı Nezhan əl-Hıdır bildirib.
Onun sözlərinə görə, Bağdadın şimalındakı Ət-Tarimiyyə rayonunda bir nəfərin özünü partlatması nəticəsində 3 mülki sakin ölüb, 5-i yaralanıb. Həmin rayonda 2 silahlı isə təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Bağdadın Ər-Rıdvaniyye rayonundakı bazarın yaxınlığında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Şəhərin Ən-Han bölgəsində balıqçılar bazarında bombanın partladılması nəticəsində isə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bundan başqa, Bağdadın cənubunda Cerf ən-Neddaf rayonunda bir gəncin meyiti aşkar edilib. Onun da güllə yarasından öldüyü bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bagdadda-silsile-partlayislar-toredilib-11-nefer-olub-22-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR