Kariyesin təbii üsullarla müalicəsi - HƏKİM MƏSLƏHƏTİ

“Kariyesin yaranma səbəbi dişlərdə olan bakteriyalardır”.

Bunu Metbuat.az-a açıqlamasında stomatoloq Rəna Məmmədova bildirib.

Həkimin sözlərinə görə, ağızda olan bakteriyalardan əmələ gələn bakteriya ərpi, şəkərli və unlu qidaların ağızda qalan artıqlarından turşu yarada bilir. Bu turşular, dişin minasını pozur və kariyes yaradır.

“Kariyesin yaranmasında irsi faktorların da rolu var. Ancaq kariyes yaradan əsas səbəb dişlərə düzgün gigiyenik qulluq edilməməsidir”.

Kariyesin qarşısını almaq üçün ilk növbədə, dişlərə düzgün gigiyenik qulluq edilməlidir. Dişlər səhər-axşam, gündə 2 dəfə fırçalanmalıdır. Şəkərli və karbohidratlı qidalar yedikdən sonra ağız yaxalanmalıdır.

Valideynlər uşaqların dişlərini daim nəzarətdə saxlamalıdırlar, çünki uşaqlarda mina qatı çox nazik olur və kariyes daha tez əmələ gələ bilir.

Rəna Məmmədova onu da əlavə edib ki, dişlərdə kariyes əmələ gəlməməsi üçün kalsium tərkibli qidalardan istifadə edilməli, meyvə, tərəvəz, ağartıya üstünlük verilməlidir.

6 aydan bir stomatoloqa müraciət etmək vacibdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR