Yeni enerji sxemi “Əşyalar interneti” seqmentində böyük dəyişiklik edə bilər

Yeni enerji sxemi “Əşyalar interneti” seqmentində böyük dəyişiklik edə bilər
12:35 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (MIT) “Microsystems Technologies Laboratories” laboratoriyasının tədqiqatçıları məxsusi olaraq elektron sensor, simsiz radioelement və “Əşyalar interneti” seqmentində istifadə edilən digər miniatür qurğuların enerji ilə təmini üçün yeni enerji sxemi yaradıblar. Əksər elektrik dəyişdiriciləri enerjini quruya fasiləsiz verdiyi halda yeni sxem 50 faizədək elektrik enerjisinə qənaətə imkan verir. Sxemə ötürülən cərəyanın səpələnmə gücü 500 paskal-1 milliamper arasında dəyişəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, müasir elektrik dəyişdiriciləri qurğu istifadəsiz halda olanda belə enerji sərf edirlər. Yüklənmə 1 nanoamperi ötməyəndə isə dəyişdirici yenə də 1 mikroamper (lazım olandan min dəfə çox) ötürür. Konverter ötürülən cərəyanı xeyli azaltmağa imkan verərək cərəyan gücünü yüksək enerji səmərəliliyi üçün geniş diapazonda tənzimləyir. Bundan başqa, yeni konverter dövrədə daim cərəyanın ötürülməsini aradan qaldırır və bunu yalnız göstəricilərin ləğvi üçün sensoru aktivləşdirmək lazım gəldikdə ayrı-ayrı paketlərlə edir. Qurğunu uzun müddət üçün aktiv vəziyyətə keçirmək tələb olunduqda konverter ondan siqnal alaraq cərəyanı saniyədə milyonlarla paketlə ötürməyə başlayır.

Bildirilir ki, bu həll smartfon və ev elektronikasında səsli köməkçi funksiyaların yeni inkişaf mərhələsini təmin edəcək. Gələcəkdə mikrofon və səsi tanıyan xüsusi sxemlər səsin qəbulu və nitqin tanınması üçün lazım olan belə cərəyanla təchiz edilə biləcəklər.

Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46281-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR