Azərbaycan və Ukrayna gənclərinin əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna gənclərinin əməkdaşlığı müzakirə edilib - FOTO
12:42 24 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna Parlamentinin Gənclər, İdman, Turizm və Ailə Komitəsi arasında görüş keçirilib.

Milli.Az xəbər verir ki, Ukrayna Parlamentində baş tutan görüşdə Azərbaycan və Ukrayna arasında əmədaşlığın bütün istiqamətlə uğurla inkişafı vurğulanıb. Eyni zamanda iki komitə arasında təcrübə mübadiləsi, perspektivlər və qarşılıqlı  münasibətlərin inkişaf etdirilməsi müzakirə edilib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan və Ukrayna gənclərinin müxtəlif beynəlxalq platformalarda, idman yarışlarında birgə fəaliyyətini diqqətə çatdırıb və bunun davamlı olmasının vacibliyini qeyd edib.

Ukrayna Parlamentinin Gənclər, İdman, Turizm və Ailə Komitəsinin sədri Artur Palatnıy isə iki komitə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin 25 ili tamam olur.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR