İŞİD dəhşətli partlayış törətdi - 60 ölü, 100 yaralı var - YENİLƏNİB / VİDEO

İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərində partlayış törədib.

Metbuat.az xəbər verir ki, bomba yüklü avtomobillə həyata keçirilən terror hücumunda ən azı 45 nəfərin öldüyü deyilir. Xeyli sayda yaralı var. Bu baxımdan ölü sayının artacağı guman edilir.

Qeyd edək ki, ötən gün Türkiyənin müdafiə naziri Fikri İşıq sözügedən şəhərin tamamilə İŞİD-dən təmizləndiyini açıqlamışdı.

XXX

Əl-Bab yaxınlığındakı Süsyan kəndində törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb. 100-dən çox yaralı var. Məlumata görə, sakinlər Əl-Baba qayıtmaq barədə yaşayış sənədi almaq üçün təhlükəsizlik binasının qarşısına toplaşıb. Bu zaman, terrorçu minalanmış avtomobili kütlənin arasında havaya uçurub. Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi güman edilir.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR