Dövlət Komissiyası: Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb

Dövlət Komissiyası: Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb
13:12 24 Fevral 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ “Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır”.
“Repor”" xəbər verir­ ki, bunu Əsir və itk­in d­üşmüş, girov göt­ürülm­üş vətəndaşlarl­a əlaq­ədar Dövlət Ko­missiya­sının katibi,­ işçi q­rupunun rəhb­əri İsmay­ıl Axundov ­deyib.
O bildirib ki, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir : “Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır”.
İ.Axundovun sözlərinə görə, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: “Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dovlet-komissiyasi-azerbaycanda-179-namelum-sehid-mezari-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR