Mourinyodan Ranyeriyə: "Yazdığın tarixi kimsə silə bilməz"

Mourinyodan Ranyeriyə: "Yazdığın tarixi kimsə silə bilməz"
13:17 24 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Joze Mourinyo Klaudio Ranyeriyə dəstək verib. Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi "Lester"dən qovulan həmkarı ilə bağlı "Instagram" hesabından paylaşım edib. 

"FIFA tərəfindən ilin məşqçisi seçilən və Premyer Liqa çempionu qovuldu. Yeni futbol budur, Ranyeri. Gülməyə davam et. Yazdığın tarixi kimsə silə bilməz" deyə Mourinyo yazıb.

Qeyd edək ki, ötən mövsüm "Lester"i İngiltərə çempionu edən Ranyeri Premyer Liqadakı ardıcıl 5 məğlubiyyət və Çempionlar Liqasında "Sevilya"ya yenilgidən sonra istefaya göndərilib.

CHAMPION OF ENGLAND and FIFA MANAGER of THE YEAR⚽️.sacked. Thats the new football claudio.keep smiling AMICO


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyodan-ranyeriy-quotyazdn-tarixi-kims-sil-bilmzquot-t56503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR