Ər-arvad Trampın seçkiqabağı vədinin üstündən xətt çəkdi

Ər-arvad Trampın seçkiqabağı vədinin üstündən xətt çəkdi
13:23 24 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın ailəsi onun iqlim üzrə razılaşma barədə fikrini dəyişdirə bilib.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Wall Street Journal” nəşri bildirib.

“Amerika prezidenti Donald Trampın baş məsləhətçisi postunu tutan İvanka və onun əri Cared Kuşner təkid etdilər ki, dövlət başçısı İqlim dəyişikliyi üzrə Paris razılaşmasından ölkəni çıxarmaq ideyasından imtina etsin”, - nəşr yazıb.

Donald Tramp seçkiqabağı kampaniyanın gedişatında dəfələrlə bildirib ki, İqlim dəyişikliyi üzrə Paris razılaşmasını təkrar gözdən keçirmək lazımdır. Onun fikrincə, ABŞ hakimiyyətinin ekologiya sahəsində atdığı addımları ölkənin energetika sahəsinə mənfi təsir göstərir

Ağ Evdəki mənbələr nəşrə bildirib ki, İvanka və onun əri ətraf mühitin problemləri və iqlim dəyişikliyi barəsində Trampın baxışlarına mülayim təsir göstərirlər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR