Türklərin aldığı kənddə PARTLAYIŞ: ən azı 45 ölü

Türklərin aldığı kənddə PARTLAYIŞ: ən azı 45 ölü
13:33 24 Fevral 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada Əl-Bab şəhərinin yaxınlığında yerləşən Susyan kəndində minalanmış avtomobillə partlayış törədilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 35 nəfər həyatını itirib, 60-ı yaralanıb.

“Reuters”in xəbərinə görə, hücumun hədəfi kənddəki hərbi mərkəzlər və müxalifət gücləri olub.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəsi Qrupuna (SOHR) istinadən edən AFP agentliyi həyatını itirənlərin çoxunun suriyalı müxalifçilər olduğunu bildirib. “İhlas” (İHA) agentliyi isə partlayışda 45 nəfərin həyatını itirdiyini xəbər verib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu dünən Əl-Babın şəhər mərkəzinin əhəmiyyətli hissəsini nəzarəti altına alıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR