Təhsil müəssisələrinin akkreditasiyası qaydalarında DƏYİŞİKLİK

Təhsil müəssisələrinin akkreditasiyası qaydalarında DƏYİŞİKLİK
13:42 24 Fevral 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, bundan sonra "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil ­ediləcək.

NK-nın digər qərarı ilə "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib.

Qərara əsasən, "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR