Girov götürülən Elnur Hüseynzadə ilə bağlı YENİ XƏBƏR

Girov götürülən Elnur Hüseynzadə ilə bağlı YENİ XƏBƏR
13:44 24 Fevral 2017
259 Digər
Ölkə mətbuatı
A- A+

"Hazırda Elnur Hüseynzadənin işi ilə bağlı beynəlxalq təşkilatlara birgə iş aparılır".

 

Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadə ilə görüşüblər: "Elnur Hüseynzadənin səhhətində heç bir problemi yoxdur, onun hər hansı bir şikayəti olmayıb. Ermənistan isə bildirir ki, onun haqqında cinayət işi başlanıb. Buna görə də hər hansı məlumat verilmir".

 

Qeyd edək ki, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir müddət əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR