Zeynəb Xanlarovadan müharibə ÇAĞIRIŞI

Zeynəb Xanlarovadan müharibə ÇAĞIRIŞI
13:59 24 Fevral 2017
571 Digər
Ölkə mətbuatı
A- A+

“Bizim torpalqarımız işğal edilib, o vaxtdan bəri də şəhid veririk. Bundandırsa, gəlin müharibə edək, torpağımızı alaq. Nəyi gözləyirik?"

 

APA-nın məlumatına görə, bunu bu gün Mİlli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib.

 

"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq.  Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir, Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, "Dəyirman öz işindədir, çax-çax baş ağırıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?" deyə, millət vəkili əlavə edib.

 

O, ATƏT-in Minsk Qrupunu da tənqid edib: "Biz haqqımızı almaq üçün kimdənsə icazə almalıyıq? Əgər mənim evimə basqın ediblərsə, sakit nə qədər dayanıb gözləyəcəm? Bəli, mən sülh adamıyam, istəmərəm müharibə olsun. Amma biz torpaqlarımızı geri almalıyıq".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR