Donald Trampın yeganə hicablı baş müşaviri istefa verib

Donald Trampın yeganə hicablı baş müşaviri istefa verib
14:02 24 Fevral 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Şurasındakı yeganə hicablı baş müşaviri Rumana Əhməd istefa verib.
“Report” MSNBC-yə istinadən xəbər verir ki, o, bu postda D.Trapmla 8 gün işləyib.
“Mən 8 gün dözə bildim”, - deyə R.Əhməd vurğulayıb.
Baş müşavir istefa verməsinə səbəb kimi D.Trampın bəzi müsəlman dövlətləri vətəndaşlarının ABŞ-a səfərinin qadağan edilməsi haqqında fərmanını, eləcə də bu məsələyə təsiretmə imkanının olmamasını göstərib.
R.Əhməd ABŞ-ın keçmiş prezidenti Barak Obmanın da Milii Təhlükəsizlik Şurasında baş müşaviri olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampin-yegane-hicabli-bas-musaviri-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR