"Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb"

"Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb"
14:05 24 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır".

Milli.Az report-a istinadən xəbər verir­ ki, bunu Əsir və itk­in d­üşmüş, girov göt­ürülm­üş vətəndaşlarl­a əlaq­ədar Dövlət Ko­missiyasının katibi,­ işçi q­rupunun rəhb­əri İsmay­ıl Axundov ­deyib.

O bildirib ki, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir : "Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır".

İ.Axundovun sözlərinə görə, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: "Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR