Hakimi söyən ulduz futbolçu cəzalandırıldı

Hakimi söyən ulduz futbolçu cəzalandırıldı
14:12 24 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Nitsa"nın hücumçusu Mario Balotelli cəzalandırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb italiyalı forvardın hakimi söyməsi olub.

Belə ki, Fransa çempionatının ötən turunda "Loryen"lə səfər qarşılaşmada hakimi təhqir edən ulduz futbolçu cari mövsümdə 3-cü dəfə meydandan qovulub. Yerli futbol federasiyası bu hərəkətinə görə, 26 yaşlı oyunçunu 2 oyunluq diskvalifikasiya edib.
 
Qeyd edək ki, "Nitsa"ya ötən yay "Liverpul"dan keçən Mario Balotelli bu mövsüm keçirdiyi 19 oyunda 11 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR