Şəffaf ekranlar satışa çıxarılıb

Şəffaf ekranlar satışa çıxarılıb
14:35 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Əvvəllər populyar plazma televizorları ilə məşhur olan Yaponiyanın “Panasonic” şirkəti yüksəkkontrastlı şəffaf ekranların istehsalına başlayıb. Displeylər istənilən foto və videomaterialları və ya mətnli informasiyanı göstərən tam şüşə paneldən ibarətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, şüşə ekran aktiv iş vaxtında da tam şəffaf olaraq qalır. Şəffaf panel istifadəçiyə televizorun içindən görməyə imkan verəcək. Yeni qurğunun əsas fərqləndirici cəhəti isə proyeksiya texnologiyasıdır. Displeyin konstruksiyası bir-birinə yapışdırılan iki şüşədən ibarətdir və onlar arasında işığı tənzimləyən yüksəkdəqiqlikli plyonka yerləşir. Sistemin idarə edilməsi üçün istənilən yerdə yerləşdirilən və videonu plyonkaya proyeksiya şəklində daxil etməyə imkan verən mini-kompüterdən istifadə olunur.

“Panasonic” nümayəndələri əmindirlər ki, yeni məhsul mehmanxanalarda reklam lövhəsi və ya mağaza vitrinləri üçün yaxşı həll ola bilər. Digər unikal funksiyalar arasında displeyləri bir-biri ilə birləşdirmək imkanı da yer alıb. Başqa sözlə, təsviri eyni dəqiqlikdə göstərəcək 221 düymlü böyük ekran yaratmaq mümkündür.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46288-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR