Cibuti Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir

Cibuti Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir
14:47 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Cibuti Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf keçirdiyi mətbuat konfransında bildirib.
"Hər iki ölkəyə xeyir verəcək layihələr həyata keçirmək istəyirik" - o deyib.
Nazir Azərbaycan və Cibutinin azad iqtisadi zonaların inkişafı sahəsində təcrübə mübadiləsi aparmaq niyyətində olduqlarını söyləyib.
Mahmud Əli Yusuf Azərbaycanla qarşılıqlı sərmayə qoyulması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sənədlərin imzalanmasının planlaşdırıldığını sözlərinə əlavə edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Azərbaycanın Cibutini mühüm tranzit ölkə kimi nəzərdən keçirdiyini bildirib: "Cibuti ilə əməkdaşlıq Azərbaycan üçün təkcə Afrika ölkələrində yox, həm də limanlar vasitəsilə bütün dünya üzrə ticarət aparmaq baxımından geniş imkanlar yaradacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/cibuti-azerbaycanla-iqtisadi-emekdasligi-guclendirmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR