Ekspert: "Azərbaycandan qaz tədarükü Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini artıracaq"

Ekspert: "Azərbaycandan qaz tədarükü Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini artıracaq"
14:47 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Azərbaycandan Avropaya qaz tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi" qısamüddətli perspektivdə Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini artıracaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Avropa Siyasət Mərkəzinin enerji məsələləri üzrə analitiki Marko Culi deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan bu layihə üçün qaz verəcək yeganə ölkədir.

M.Culi qeyd edib ki, gələcəkdə Azərbaycanın rolu daha da arta bilər, çünki Xəzər qazının müqavilələrə bağlı olmayan müəyyən hissəsi bu layihəyə qoşula və Azərbaycan ərazisindən tranzit yolu ilə keçə bilər.

O xatırladıb ki, Avropa İttifaqının uzunmüddətli perspektivində müxtəlif istehsalçılarla - Türkmənistan, İraq, İran və digər ölkələr tərəfindən qaz tədarükünü təşkil etmək planları mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR