Cibuti Azərbaycanla yükdaşıma üzrə saziş imzalamaq istəyir

Cibuti Azərbaycanla yükdaşıma üzrə saziş imzalamaq istəyir
14:47 24 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cibuti Azərbaycanla yükdaşımalar haqqında saziş imzalamağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufla birgə təşkil etdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, Cibutidə azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq üzrə planlar var:

"İki ölkə humanitar sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir, həmçinin Cibuti gənclərinin Azərbaycan ali təhsil müəssisələrində təhsili məsələsi müzakirə olunur".

E.Məmmədyarov bildirib ki, bu gün iki ölkələrin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr sahəsində Anlaşma Memorandumu imzalanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR