Nazir: "Cibuti İslamiadanın Bakıda keçirilməsinə böyük əhəmiyyət verir"

Nazir: "Cibuti İslamiadanın Bakıda keçirilməsinə böyük əhəmiyyət verir"
15:02 24 Fevral 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycan və Cibuti arasında mədəniyyətlərarası dialoqu gücləndirməyə imkan verəcək".
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf keçirdiyi mətbuat konfransında deyib.
Nazir Cibutinin İslamiadaya böyük önəm verdiyini, bununla əlaqədar Oyunların açılış mərasiminə Cibutidən nümayəndə heyətinin gələcəyini vurğulayıb.
"Bütün dünyada, həmçinin Afrika qitəsində Azərbaycanın təsiri artıb" - Mahmud Əli Yusuf bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/nazir-cibuti-i-slamiadanin-bakida-kecirilmesine-boyuk-ehemiyyet-verir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR