İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldı

İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldı
15:19 24 Fevral 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

 

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

 

Partiyadan Lent.az-a verilən məlumata görə, prokurorluqdan Müsavat Partiyasına bununla bağlı rəsmi çağırış vərəqələri göndərilib.

 

Çağırış vərəqələrində bildirilib ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar.

 

Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu da qeyd edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR