Yavər Camalov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib

Yavər Camalov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib
15:22 24 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Nazir Yavər Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğuladı və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verib.
Mahmud Əli Yusuf səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/yaver-camalov-cibutinin-xarici-isler-ve-beynelxalq-emekdasliq-nazirini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR