Azərbaycanın müstəqil ekspertləri ilk dəfə Valday klubunun beynəlxalq forumuna dəvət olunublar

Azərbaycanın müstəqil ekspertləri ilk dəfə Valday klubunun beynəlxalq forumuna dəvət olunublar
15:37 24 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

"Baku Network"un rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov Rusiyanın "Valday" müzakirə klubunun təşkil etdiyi beynəlxalq foruma dəvət olunub.

Milli.Az xəbər verir ki, bunu Trend-ə E.Ələsgərov bildirib.

O deyib: ""Baku Network"un dünyanın nüfuzlu siyasət meydançalarından birində keçirilən tədbirə dəvət olunması Azərbaycanın ekspert ictimaiyyətinin beynəlxalq mərkəzlər tərəfindən ciddi qəbul olunmasının nəticəsidir. Bu, təkcə mənim rəhbəri olduğum "Baku Network"un uğuruna verilən qiymət deyil, həm də onun göstəricisidir ki, bizim bir çox xarici məsləkdaşımız azərbaycanlı ekspertlərin mövqeyi ilə tanış olmaq istəyir. Ümumilikdə Azərbaycanın ekspert mühitinə maraq prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir".

Qeyd edək ki, "Yaxın Şərq: sabah nə vaxt açılacaq?" mövzusunda konfrans Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birgə təşkil olunub və fevralın 27-28-i baş tutacaq.

Konfransa 25 ölkədən ekspertlər, o cümlədən, siyasətçilər, alimlər, hərbçilər və keçmiş dövlət xadimləri dəvət olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR