Firəngiz Əlizadə: "Mehriban Əliyeva Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına böyük töhfə verib"

Firəngiz Əlizadə: "Mehriban Əliyeva Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına böyük töhfə verib"
15:57 24 Fevral 2017
224 Ölkə
Ölkə mətbuatı
A- A+

Mehriban Əliyeva Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfə verib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.

F.Əlizadə qeyd edib: "Mən fəxr edirəm ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi böyük vəzifəyə təyin olunub. Musiqi sahəsində Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Biz hər zaman bir yerdə gözəl tədbirlər keçirmişik. Həmin tədbirlərdə dünyanın bir çox ölkəsindən insanlar iştirak edib. 35 ölkənin alimləri, mədəniyyət xadimləri bizim festivallara qatılıb. "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bu işlərin başında Mehriban xanım dayanıb. "Muğam ensiklopediyası"nın çap olunması muğama verilən böyük qiymətdir".

Xalq artisti vurğulayıb ki, məhz Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib:

"Eyni zamanda Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunların hamısı Mehriban xanımın Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə böyük töhfəsidir. Biz fəxr edirik və inanırıq ki, musiqiyə yenə belə böyük diqqət göstəriləcək. 1908-ci ildə "Leyli və Məcnun" yazılanda bir xanım tapılmırdı ki, Leyli rolunu ifa etsin. İndi baxın, nə qədər böyük nailiyyətdir ki, bizim birinci vitse-prezidentimiz məhz xanımdır. Biz Mehriban xanım Əliyevanı təbrik edirik, ona fəaliyyətində uğurlar arzu edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR