"LG" şirkəti yeni "LG X Power 2"-ni təqdim edib

Yeni model, keçən il satışa çıxmış "LG X Power"-in davamıdır. "LG X Power 2", 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Metbuat.az xarici medyaya istinadən xəbər verir ki, Şirkətin məlumatına əsasən, tam şarj olunmuş halda smartfon vasitəsilə 15 saat video izləmək, 14 saat GPS-dən istifadə etmək və 18 saat internetdə lazımi işləri görmək olar. Sürətli enerji yığma texnologiyası sayəsində "LG X Power 2" 1 saat ərzində 50% şarj olunma xüsusiyyətinə malikdir. Tam enerji yığma müddəti isə 2 saatdır. Smartfonun texniki göstəriciləri belədir : 5.5 inç HD ekran, 8 nüvəli prosessor, 1.5/2 GB RAM, 16 GB daxili yaddaş (microSD özəllikli), 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ön kamera da işıqlandırma sisteminə sahibdir. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışır. Onun qiyməti isə hələki məlum deyil.

Əsmər / metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR