"Heydər" məscidində Xocalı qurbanları anılıb

"Heydər" məscidində Xocalı qurbanları anılıb
16:12 24 Fevral 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıdakı "Heydər" məscidində Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilib.
Məscidin axundu Rüfət Qarayev "Report"a bildirib ki, cümə xütbəsinin ikinci hissəsi Xocalı soyqırımında faciəli şəkildə həlak olanlara həsr olunub.
Faciədə dünyasını dəyişənlərin xatirəsi anılıb, ruhlarına dualar olunub. Xütbədə Xocalı hadisəsinin dəhşətindən söz açılıb. Uşaqlara, qadınlara belə rəhm edilmədiyi vurğulanıb. Qeyd olunub ki, Xocalı dünyada bənzəri az olan faciələrdən biridir. Namazda Xocalıda dünyasını dəyişənlərə Allahdan rəhmət dilənilib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/heyder-mescidinde-xocali-qurbanlari-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR